İsrail Qəzza zolağı UNRWA

Qəzzada humanitar böhran ən ağır mərhələdədir - UNRWA

BAKI, TurkicWorld

Qəzzada atəşkəs pozulduqdan sonra 400 min insan didərgin düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin (UNRWA) verdiyi açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, hazırda bölgə müharibənin başlanğıcından bəri uzun müddətli humanitar börhan və ticarət təchizatının blokadası ilə üz-üzədir.

UNRWA həmçinin, açıqlamada atəşkəsin bərpasını, bütün girovların azad olunmasını və humanitar yardımın maneəsiz şəkildə bölgəyə daxil olmasını tələb edib.

Qeyd edək ki, İsrail martın 2-dən bəri Qəzzaya humanitar yardımların girişinə tamamilə qadağa qoyub, martın 9-da isə elektrik enerjisini və bölgənin yeganə su təmizləmə stansiyasını qidalandıran elektrik xəttini də kəsib. Daha sonra İsrail bölgəyə qarşı yenidən intensiv hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, iki ay davam edən atəşkəs dövründə bölgədə nisbətən sakitlik təmin olunmuş, israilli girovlar və fələstinli məhbuslar qarşılıqlı olaraq azad edilmiş, həmçinin əlavə humanitar yardımlar Qəzzaya daxil olmuşdu. Atəşkəsin ilk mərhələsində 33 girov (onlardan 8-i cəsəd şəklində) azad edilmiş, əvəzində isə 1800-dən çox fələstinli məhbus sərbəst buraxılmışdı.

Mövzuya görə xəbərlər