Fransa Fələstin İsrail Emmanuel Makron HƏMAS

Fələstini tanıya bilərik - Makron

BAKI, TurkicWorld

Makronun Fələstin dövlətini tanımağa hazır olduqlarını bildirməsi İsraildə narahatlıq yaradıb

TurkicWorld xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun yaxın aylarda Fələstin dövlətini tanıya biləcəkləri ilə bağlı verdiyi bəyanat İsrailin ciddi narahatlığına səbəb olub.

İsrailin xarici işlər naziri Gideon Saar Makronun açıqlamasına cavab olaraq bildirib ki, belə addımlar regionda sülh, təhlükəsizlik və sabitliyə xidmət etməyəcək: "Xəyali Fələstin dövlətinin birtərəfli tanınması terroru dəstəkləmək və HƏMAS-ı mükafatlandırmaqdan başqa bir şey deyil" – deyə Saar qeyd edib.

Makron isə verdiyi müsahibədə Fələstinin tanınmasının artıq yaxın perspektivdə mümkün olduğunu və iyun ayında Səudiyyə Ərəbistanı ilə birlikdə keçirəcəkləri beynəlxalq konfransda bu məsələnin yekunlaşdırıla biləcəyini açıqlayıb.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına başladığı hücumlardan sonra İspaniya, Norveç, İrlandiya, Sloveniya, Ermənistan, Baham adaları, Trinidad və Tobaqo, Yamayka və Barbados kimi ölkələrin də qoşulması ilə Fələstini tanıyan ölkələrin sayı 146-ya çatıb.

Mövzuya görə xəbərlər