Son dəqiqə

ABŞ Donald Tramp turizm Trampın siyasətinə tənqidlər

Amerikalılar səyahət etməkdən çəkinirlər

BAKI, TurkicWorld

Trampın ikinci dönəmi- Amerikalılar səyahətdən çəkinməyə başlayıb

TurkicWorld xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın ikinci prezidentliyi dövründə bəzi amerikalılar xaricə səyahət etməkdən narahat olduqlarını bildirirlər.

Onlar beynəlxalq aləmdə ABŞ-a qarşı dəyişən münasibətin və Tramp administrasiyasının siyasətlərinin fərdi təhlükəsizliyə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.

Katmanduda fəaliyyət göstərən sosial turizm operatorunun təsisçisi Rac Gyawali CNN Travel-ə bildirib ki, amerikalı bir müştəri Trampın prezidentliyinə görə özünü təhlükəli hiss etdiyindən Nepala səfərini ləğv edib. O deyib ki, bu cür narahatlıqları ifadə edən turistlərin sayı son vaxtlar artmaqdadır.

"Tourism Economics" firmasının məlumatına görə, bu il ABŞ-a gələn xarici turistlərin sayında 5,1 faiz, turist xərclərində isə 11 faiz azalma gözlənilir. Bu isə ümumilikdə təxminən 18 milyard dollarlıq iqtisadi itkiyə səbəb ola bilər. Eyni zamanda, bəzi amerikalılar da xaricdə özlərini daha az xoş qarşılandıqlarını hiss etdiklərini bildirirlər.

YouGov-un sorğularına əsasən, Trampın hakimiyyətə qayıdışı ilə Avropanın əsas ölkələrində ABŞ-a qarşı müsbət rəy göstəriciləri kəskin şəkildə azalıb. Bu tendensiya, xüsusilə Trampın beynəlxalq siyasəti, o cümlədən Ukrayna ilə bağlı mövqeyi ilə əlaqələndirilir.

Turizm mütəxəssisləri isə bildirirlər ki, amerikalı turistlərə siyasi simvollardan uzaq durmaq, yerli mədəniyyətə hörmət göstərmək və səmimi dialoq qurmaq tövsiyə olunur. Etik səyahət üzrə ekspertlər qeyd edirlər ki, empatiya və anlayış gərgin münasibətləri yumşalda bilər.

Mövzuya görə xəbərlər