Son dəqiqə

Tailand Kamboca Trampın fərmanları Trampın siyasətinə tənqidlər Tramp administrasiyası ASEAN Tramp administrasiyası Ukrayna siyasəti Tayland Kamboca sərhəd böhranı Tramp

ASEAN Tayland–Kamboca sərhəd böhranı ilə bağlı təcili toplantı keçirir

BAKI, TurkicWorld, Nailə Babazadə

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri Tayland ilə Kamboca arasında davam edən sərhəd gərginliyini aradan qaldırmaq məqsədilə Malayziyanın paytaxtı Kuala Lumpurda görüş keçirir. Bu, ASEAN-ın cari il ərzində gərginliyin azaldılması üçün ikinci toplantısıdır.

TurkicWorld xəbər verir ki, görüş Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənin sədrliyi ilə baş tutur və iyul ayında Malayziya və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının yenidən tətbiqini hədəfləyir. Tayland və Kamboca nümayəndələri 7 dekabrdan sonra ilk dəfə üzbəüz danışıqlar aparacaqlar.

Xatırladaq ki, iyulda razılaşdırılan və 26 oktyabrda Kuala Lumpurda keçirilən 47-ci ASEAN Zirvəsində imzalanan atəşkəsə baxmayaraq, tərəflər arasında yenidən toqquşmalar baş verib. Çatışmalar nəticəsində Kambocada 18 mülki şəxs, Taylandda isə 21 hərbçi həlak olub, minlərlə insan məcburi köçkünə çevrilib.

Tayland və Kamboca arasında 817 kilometrlik sərhəd xətti mövcuddur və mübahisə XIX əsrin sonlarında Fransanın Kambocanı işğalı dövründə müəyyənləşdirilmiş sərhədlərə əsaslanır. İlk silahlı qarşıdurmalar 2008-ci ildə mübahisəli ərazidə yerləşən XI əsrə aid məbədin UNESCO Dünya İrsi Siyahısına salınması cəhdi zamanı baş vermişdi.

Mövzuya görə xəbərlər