Son dəqiqə

NATO Çin ABŞ Rusiya Ukrayna Tayvan Mark Rutte Çin və Tayvan münasibətləri

NATO Çinin silahlanması qarşısında tərəf olmamalıdır - Mark Rutte

BAKI,TurkicWorld

NATO Çin ordusunun Tayvan yaxınlığındakı silah yığımı və hərbi təlimlərini ciddiyə almalıdır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte, Çinin sürətlə artan hərbi gücünə və Rusiyanın Ukraynadakı müharibəsinə verdiyi dəstəyə diqqət çəkərək, NATO üzvlərini bu təhlükələrə qarşı birgə hərəkət etməyə çağırıb.

“Çin, Rusiyanın səylərini dəstəkləyir. Çin ordusu, o cümlədən donanması böyük sürətlə güclənir. Biz tərəf ola bilmərik. Baş verənləri birgə təhlil etməli və buna qarşı birlikdə tədbir görməliyik”- deyə o bildirib.

Rutte, qlobal təhlükəsizlik təhdidlərinin getdikcə bir-biri ilə daha sıx əlaqələndiyini və NATO-nun müdafiə xərclərini artırmasının zəruriliyini vurğulayıb.

Rutte, Çin ordusunun Tayvan yaxınlığındakı fəaliyyətlərinin NATO tərəfindən yaxından izlənildiyini bildirib və bu hərbi manevrlərin regional sabitliyi təhdid etdiyini qeyd edib.

Yaponiya da bölgədə Çin tərəfindən artan təhlükəni nəzərə alaraq hərbi gücünü gücləndirir. Uzun mənzilli raket sistemləri və əks-hücum qabiliyyəti ilə silahlanan Yaponiya, həmçinin ABŞ, Avropa ölkələri və NATO ilə müdafiə əlaqələrini genişləndirir.

Mövzuya görə xəbərlər