Son dəqiqə

ABŞ Gömrük tarifi Donald Tramp TikTok ByteDance

TikTok razılaşması Trampın tariflərindən sonra dayandırılıb

BAKI, TurkicWorld

Trampın yeni tarif qərarı TikTok-un ABŞ-dakı əməliyyatlarının satılması ilə bağlı razılaşmanı dayandırıb.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çinə qarşı əlavə tariflər elan etməsindən və Pekinin bu sazişi təsdiqləmək niyyətində olmadığını göstərməsindən sonra, TikTok-un ABŞ-dakı aktivlərinin bölünməsinə dair razılaşma dayandırılıb.

Mənbələrdən biri bildirib ki, razılaşma çərşənbə günü əsasən tamamlanmışdı və bu plan TikTok-un ABŞ əməliyyatlarını ABŞ investorlarına məxsus və idarə olunan yeni şirkətə çevirməyi nəzərdə tuturdu.

Qeyd edək ki, Tramp administrasiyası yanvarın 19-da qüvvəyə minən qanunla TikTok-un Çinli ana şirkəti ByteDance ilə əlaqələrini kəsməsini tələb etmişdi. Yanvarın 20-də vəzifəyə başlayan Tramp bu qanunu dondurmuş və ByteDance-ə əməliyyatları satmaq üçün 75 gün vaxt vermişdi. Bu müddət aprelin 5-də başa çatır.

Tramp Floridaya uçarkən jurnalistlərə bildirib ki, "bir çox investor"la razılığa çox yaxınlaşılıb və Çinə "bir qədər tarif güzəşti və ya başqa bir stimul" verilə bilər. Lakin Çinin danışıqlardan geri çəkilməsi sazişin taleyini sual altına qoyub.

Mövzuya görə xəbərlər