Rusiya Dmitri Peskov Avropa Kreml

Avropa sülhün qayğısına qalmalıdır -Peskov

BAKI, TurkicWorld

Avropa regionda sülh və sabitliyin qayğısına qalmalıdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Avropa ölkələrinin daha çox sülhə töhfə verməli olduğunu bildirib.

O, Rusiya ilə Qərb arasında artan gərginliyə toxunaraq, Avropanın münaqişələri qızışdırmaq əvəzinə diplomatik həll yollarına üstünlük verməsinin vacibliyini vurğulayıb. Peskov əlavə edib ki, Moskva dialoqa açıqdır, lakin Avropa dövlətlərinin də səmimi addımlar atması lazımdır.

Qeyd edək ki, son aylarda Rusiya və Qərb arasında münasibətlər daha da gərginləşib. Avropa Birliyi və NATO Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib, Moskva isə bu addımları düşmənçilik kimi qiymətləndirib.

Mövzuya görə xəbərlər