Son dəqiqə

İsrail Qəzza zolağı UNRWA Humanitar böhran

İsrail Qəzza blokadası ilə daha çox uşaq ac qalır - UNRWA

BAKI, TurkicWorld

İsrailin Qəzzaya humanitar yardımın girişini məhdudlaşdırması bölgədə aclıq və xəstəlik riskini artırır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini İsrailin üç həftədir sərhəd qapılarını bağlaması nəticəsində daha çox uşağın ac yatdığını bildirib.

O, Qəzza sakinlərinin qida, dərman, su və yanacaq çatışmazlığı səbəbindən ağır vəziyyətə düşdüyünü qeyd edib.

Lazzarini İsrailin blokadanı dayandırmasını, bütün məhbusların azad olunmasını və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını tələb edib. O, bu vəziyyətin bölgəni ciddi aclıq böhranına sürüklədiyini vurğulayıb.

Qeyd edək ki, Qəzzada uzun müddətdir davam edən blokada yerli əhalinin gündəlik həyatına ciddi təsir göstərir və beynəlxalq təşkilatlar humanitar yardımların maneəsiz çatdırılmasını tələb edirlər.

Mövzuya görə xəbərlər