Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan zəlzələ Venesuela X platforması başsağlığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelaya başsağlığı göndərib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelada baş verən güclü zəlzələlər nəticəsində ölənlər üçün başsağlığı verib və Venesuelaya dəstəyini ifadə edib.

TurkicWorld xəbər verir ki, Ərdoğan X platformasında paylaşdığı mesajında qeyd edib ki, Ankara “bu çətin və ağrılı günlərdə Venesueladakı dostlarımızın yanındadır”.

Prezident bildirib: “Venesuelada baş vermiş iki zəlzələ nəticəsində həyatını itirənlərin kədərini səmimi qəlbdən paylaşır, dost Venesuela xalqına və hökumətinə başsağlığı verir, yaralananlara tezliklə sağalmağı arzulayıram.”

Mövzuya görə xəbərlər