Son dəqiqə

Fələstin etiraz aksiyası Meksika

Meksikada Fələstinə dəstək yürüşü keçirilib

BAKI,TurkicWorld

Mexikoda nümayişçilər İsrailin Qəzzaya hücumlarına etiraz olaraq yürüş keçiriblər.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , paytaxtın mərkəzinə toplaşan etirazçılar Fələstin bayraqları və pankartlarla şəhər boyunca yürüş ediblər.

Nümayişçilər Meksika hökumətindən İsraillə diplomatik münasibətlərə yenidən baxılmasını tələb ediblər.

Aksiya zamanı etirazçılar Qəzzada həyatını itirən fələstinliləri şam yandıraraq anıblar. Fəallardan biri, Benjamin Ortiz, “Qəzzadakı iztirabların bitməsini istəyirik. Meksika olaraq bu zülm qarşısında səssiz qala bilmərik”, – deyə bildirib. Digər iştirakçı Rui isə İsrailin hücumlarını qəbuledilməz adlandıraraq, “Meksikanın Fələstin xalqının yanında olması vacibdir”, – deyə vurğulayıb.

Qeyd edək ki, İsrailin Qəzzaya hərbi müdaxiləsi nəticəsində bölgədə humanitar vəziyyət daha da gərginləşib və müxtəlif ölkələrdə İsrail əleyhinə etiraz aksiyaları keçirilir.

Mövzuya görə xəbərlər