Son dəqiqə

Fələstin İsrail Səhiyyə Nazirliyi Qəzza Yaxın Şərq Humanitar böhran yaralılar ölüm sayı

Qəzzada ölənlərin sayı 73 min 39 nəfərə yüksəlib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində ölən və yaralananlarla bağlı yeni statistik məlumat yayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin açıqlamasına görə, son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində 2 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

Bundan əlavə, əvvəlki hücumlarda yaralanmış 1 nəfərin öldüyü, daha 1 nəfərin meyitinin isə dağıntılar altından çıxarıldığı bildirilib.

Məlumata əsasən, 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri Qəzzada ölənlərin sayı ən azı 73 min 39 nəfərə çatıb, 173 min 388 nəfər isə yaralanıb.

Qeyd olunub ki, oktyabr ayında elan edilən “atəşkəs”dən sonra da İsrail hücumları nəticəsində 1 027 fələstinli həyatını itirib, 3 280 nəfər isə yaralanıb.

Mövzuya görə xəbərlər