Son dəqiqə

Fələstin HƏMAS Yaxın Şərq İordan çayının qərb sahili münaqişə Silat əz-Zəhr torpaq mübahisəsi

HƏMAS İordan çayının qərb sahilində məskunlaşma layihələrinə qarşı çağırış edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

HƏMAS-ın yüksək vəzifəli rəsmisi Mahmud Mardavi işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinliləri İsrailin məskunlaşma layihələrinə qarşı çıxmağa çağırıb.

TurkicWorld xəbər verir ki, o bu barədə HƏMAS-ın “Telegram” kanalında yayılan açıqlamasında bildirib.

Mardavi xüsusilə Cenin bölgəsində, Silat əz-Zəhr kəndində həyata keçirilən layihələrin torpaqların ələ keçirilməsi və strateji ərazilərə nəzarətin genişləndirilməsi riski yaratdığını qeyd edib.

O, evlərə, iqtisadi obyektlərə və kənd təsərrüfatı sahələrinə qarşı aparılan söküntü qərarları və tikinti dayandırmalarını “ciddi təhlükə” adlandırıb.

HƏMAS rəsmisi bu proseslərə qarşı səssiz qalmağın fələstinlilər üçün ciddi nəticələr doğura biləcəyini bildirib.

Mardavi İordan çayının qərb sahili əhalisinin uzun illərdir işğala qarşı mübarizə apardığını və öz torpaqlarını müdafiə etdiyini də vurğulayıb.

Mövzuya görə xəbərlər