BAKI,TurkicWorld
Birləşmiş Millətlər Təşkilatının müstəqil istintaq komissiyası İsrailin işğal altındakı İordan çayının qərb sahilində fələstinli uşaqları məqsədli şəkildə hədəf alaraq öldürdüyünü bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin ərazisi, Şərqi Qüds və İsraili əhatə edən Müstəqil Beynəlxalq İstintaq Komissiyasının hesabatında qeyd olunub.
Komissiyanın sədri Srinivasan Muralidhar bildirib ki, əldə olunan sübutlar fələstinli uşaqların İsrail təhlükəsizlik qüvvələri tərəfindən məqsədli şəkildə hədəfə alındığını göstərir.
Hesabatda qeyd olunur ki, Qəzzada 2023-cü ilin oktyabrından başlayan münaqişə nəticəsində ölənlərin təxminən 30 faizi uşaqlardır.
Komissiya həmçinin bildirib ki, 2025-ci ilin oktyabrında elan edilən atəşkəsdən sonra da uşaqların öldürülməsi və yaralanması davam edir.







