Son dəqiqə

ABŞ Rusiya Ukrayna Volodimir Zelenski Donald Tramp

Tramp-Putin danışığından sonra Zelenski Trampla görüşəcək

BAKI, TurkicWorld

Ukrayna prezidenti Volodimir Zelenski Tramp-Putin telefon danışığından sonra ABŞ lideri ilə görüşəcəyini açıqlayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Zelenski Rusiya tərəfindən işğal olunmuş ərazilərin qanunsuz olduğunu və bunun Ukrayna üçün “qırmızı xətt” təşkil etdiyini bildirib.

O, Tramp və Putinin Ukraynanın enerji obyektlərinə hücumların dayandırılması barədə razılığa gəlməsinə baxmayaraq, Rusiya ordusunun mülki infrastruktura hücumlarını davam etdirdiyini vurğulayıb.

Zelenski Trampın Rusiya ilə apardığı danışıqların detalları ilə tanış olmaq istədiyini qeyd edib və Ukraynanın atəşkəs müzakirələri üçün ABŞ-a daha geniş nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Tramp-Putin danışığı iki saatdan çox davam edib və əsas mövzular arasında Ukraynadakı vəziyyət də olub.

Mövzuya görə xəbərlər