Avropa İttifaqı Ukrayna humanitar yardım

Aİ Ukraynaya 3,5 milyard avro dəstək verəcək

Bakı,TurkicWorld

Aİ Ukraynaya 3,5 milyard avro maliyyə dəstəyi ayırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki,Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 3,5 milyard avro həcmində maliyyə yardımı göndərilməsini təsdiqləyib. Bu məbləğ, 2027-ci ilə qədər nəzərdə tutulan 50 milyard avroluq yardım paketi çərçivəsində üçüncü müntəzəm ödənişdir.

Aİ-nin yaydığı rəsmi bəyanata görə, Ukrayna bu vəsaiti almaq üçün tələb olunan islahatları və şərtləri yerinə yetirib. Yardımın əsas məqsədi ölkənin makromaliyyə sabitliyini qorumaq, iqtisadi dirçəlişini və yenidənqurma prosesini dəstəkləməkdir.

Bəyanatda qeyd olunur ki, bu sonuncu ödənişlə birlikdə Ukrayna indiyə qədər Ukrayna Fondu çərçivəsində təxminən 20 milyard avro maliyyə yardımı əldə edib. Həmin fond 2024-2027-ci illər ərzində Ukraynaya qrant və kredit şəklində ümumilikdə 50 milyard avro vəsait ayırmağı nəzərdə tutur.

Qeyd edək ki, Ukrayna Fondu Aİ-nin müharibə səbəbilə iqtisadi çətinliklər yaşayan Ukraynaya davamlı maliyyə dəstəyi göstərmək üçün yaratdığı mexanizmdir.

Mövzuya görə xəbərlər