Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin Dmitri Peskov Volodimir Zelenski

Putin və Trampın sabahkı telefon danışığı üçün hazırlıqlar davam edir - Kreml

BAKI,TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında sabah baş tutacaq telefon danışığı üçün hazırlıqlar davam edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, Trampın sabah Putinlə telefon əlaqəsi quracağı barədə verdiyi açıqlamanı təsdiqləyib.

"Bəli, bu həqiqətdir. Çərşənbə axşamı üçün belə bir görüş hazırlanır", – deyə Peskov vurğulayıb.

O, telefon danışığında hansı mövzuların müzakirə ediləcəyi barədə sualı isə cavabsız qoyub.

Peskov, ABŞ-da Amerikanın Səsi və bəzi media qurumlarının bağlanması məsələsinə də toxunaraq, bu media orqanlarının Rusiyada geniş auditoriya qazanmadığını bildirib.

"Bu, ABŞ-ın suveren qərarıdır", – deyə Kremlin sözçüsü qeyd edib.

Bundan əlavə, Peskov, Prezident Putinin cəbhədəki Rusiya hərbçiləri ilə daim əlaqə saxladığını vurğulayıb. O, həmçinin Tacikistanın Rusiyanın yaxın tərəfdaşı və müttəfiqi olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər