Son dəqiqə

ABŞ Donald Tramp Ağ Ev Pentaqon

Pentaqonda dəyişiklik vaxtıdır- Ağ Ev

Bakı, TurkicWorld

Ağ Evin sözçüsü Karoline Leavitt Prezident Donald Trampın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu vəzifədən azad etməsi ilə bağlı açıqlama verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , o , bu qərarı müdafiə edərək, Trampın Baş Qərargah rəisi Braunu vəzifəsindən azad etməsinin qanuni səlahiyyətlərinə uyğun olduğunu vurğulayıb.

"Pentaqonda dəyişiklik vaxtıdır. Onlar ardıcıl 7 yoxlamada uğursuz olub. ABŞ ordusuna etimad aşağı səviyyədədir" - deyə bildirib.

Leavitt həmçinin Tramp və müdafiə naziri Pete Hegseth-in Pentaqondakı yüksək rütbəli komandada dəyişiklikləri davam etdirəcəklərini mesajını verib.

Qeyd edək ki, Prezident Tramp Braunun yerinə Hərbi Hava Qüvvələrindən general-leytenant rütbəsi ilə təqaüdə çıxmış Den Keyni namizəd göstərib.

Keyn son olaraq Mərkəzi Kəşfiyyat İdarəsində hərbi məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb və ABŞ ordusunda müxtəlif strateji vəzifələrdə təcrübəyə malikdir.

Onu da qeyd edək ki, Braun ABŞ tarixində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsini icra edən ikinci qaradərili amerikalı kimi qeydə alınıb.

Mövzuya görə xəbərlər