Bakı, TurkicWorld
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoff İsrail və HƏMAS arasında Qəzza zolağında qüvvəyə minmiş atəşkəsin birinci mərhələsinin uzadılmasına çağırıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Witkoff bildirib ki, bu məsələni müzakirə etmək üçün bu həftə, çox güman ki, çərşənbə günü bölgəyə səfər edəcək.
Bu arada, HƏMAS İsraili fələstinli məhbusların azad edilməsini gecikdirməkdə ittiham edərək, bu addımın atəşkəs rejimini “ciddi təhlükə altına atdığını” vurğulayıb.
İsrailin baş naziri Benyamin Netanyahu isə dünənki açıqlamasında ordusunun istənilən vaxt döyüşləri bərpa etməyə hazır olduğunu bildirib.






