Ukrayna Kanada Vladimir Zelenski Castin Trüdo

Kanada Ukraynanı dəstəkləyir - Trüdo

Bakı,TurkicWorld

Kanada Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında ölkəsinin Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki,i, Kanada Baş nazirliyindən yayılan rəsmi məlumata görə, Trüdo və Zelenski telefon danışığı zamanı “güclü, demokratik və firavan Ukrayna” üçün davamlı sülhə nail olmağın yollarını müzakirə ediblər. Hər iki lider münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, Ukraynanın danışıqlar masasında yer almasının əhəmiyyətini qeyd ediblər.

Trüdo çıxışı zamanı Kanadanın Ukraynanı hər zaman müdafiə edəcəyini bildirib və ölkəsinin Ukraynaya humanitar, hərbi və maliyyə dəstəyini davam etdirəcəyini vurğulayıb.

“Ukraynanın təhlükəsizliyi təmin olunmadıqca Avropada davamlı sülh mümkün deyil” - deyə Kanada Baş naziri fikrini səsləndirib.

Mövzuya görə xəbərlər