Son dəqiqə

Azərbaycan Ukrayna

Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür edib

BAKI,TurkicWorld

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev həmrəyliyə və Ukraynanın bərpasına dəstək olaraq atılan konkret addımlara görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Bu barədə diplomat Azərbaycan Prezidentinə İrpen şəhərinin fəxri vətəndaşı vəsiqəsini təqdim etdiyi görüşün yekunları üzrə sosial şəbəkələrdə yazıb.

"Cənab Prezident, sizə və bütün Azərbaycana həmrəyliyə, Ukraynanın bərpası və dəstəklənməsi üçün konkret addımlara görə təşəkkür edirik", - diplomat qeyd edib.

Mövzuya görə xəbərlər