Bakı. TurkicWorld:
Azərbaycan QHT-ləri Ermənistanda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar başlanmış kampaniya əleyhinə bəyanat yayıb.
TurkicWorld bəyanatın tam mətnini təqdim edir:
"Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura sonuncu səfərinə Ermənistanın müxtəlif dairələrinin verdiyi reaksiyanı qəti şəkildə pisləyirik!
Bu reaksiya mahiyyət etibarilə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Azərbaycanın daxili işlərinə müdaxilə və açıq-aşkar irridentizm cəhdidir. Ermənistanda bir mərkəzdən idarə edilən bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini axsatmağa hesablanmış açıq təxribatdır. Erməni xalqının sülhə hazır olmadığı aşkara çıxdı. "Real Ermənistan" hekayəti iflasa uğrayır.
Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, o cümlədən Qafqaz Albaniyasının zəngin irsinin danılması siyasətinə son qoyulmalıdır. Ermənistanın baş naziri Gəncəsər məbədinin erməni mənşəyini "sübut etmək" üçün Matenadaran institutunun rəyinə istinad edir. Qəribədir, Matenadaran institutuna başqa bir ölkənin suveren ərazisindəki abidənin mənşəyini təyin etmək hüququnu kim verib? Bu suala cavab verin, cənablar! Yalançı tarixdən, milli müstəsnalıq mərəzindən, düşmənçilikdən yorulmadınızmı? 2023-cü ilin sentyabrında özünü buraxdığını elan etmiş keçmiş qondarma rejimin tör-töküntüləri niyə yenidən peyda olaraq müxtəlif diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara sərsəm məktublar ünvanlamağa başlayıb?
Azərbaycan xalqına qarşı etnik nifrəti dövlət siyasəti halına gətirmiş, Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxlamış, Xocalı soyqırımını törətmiş, tarixi-mədəni irsimizi dağıtmış Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir!
Biz Ermənistan ərazisində Azərbaycan xalqının talan edilmiş, saxtalaşdırılmış mədəni və dini irsini də unutmamışıq. Sərdar sarayının, qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsini, Dədə Ələsgərin məzarının dağıdılmasını, Göy məscidin təhrif edilməsini unutmamışıq!
Ermənistan hökuməti əgər doğrudan da Azərbaycanla sülh gündəliyinə sadiqdirsə, bu isteriyaya, düşmənçiliyə son qoymalı, hələ də fəaliyyətinə şərait yaratdığı, Azərbaycana qarşı irridentist ideyaları təbliğ edən şəxsləri və təşkilatları məsuliyyətə cəlb etməlidir.
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq qəti əminik ki, Azərbaycan dövləti Ermənistan və onun havadarları tərəfindən ölkəmizi hədəf alan bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq!
İmzalar:
Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti
Hacı Abdulla – "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
Xətai Ələsgərov – "Dədə Ələsgər Ocağı" İctimai Birliyi
Oğuz Məmmədov – "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyi
Fuad Məmmədov – "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
Zaur Məmmədov – "Bakı Politoloqlar Klubu" İctimai Birliyi
Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyi
Tural Gəncəliyev – "Qarabağa Dönüş" İctimai Birliyi
Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyi
Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu
Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyi
Şəbnəm Səfərova – "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyi
Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu
Səltənət Qocamanlı – "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi
Novella Cəfərova – "D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyi
Səadət Bənənyarlı – "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi
Aqil Camal – "Ortaq Dəyərlər" İctimai Birliyi
Hafiz Səfixanov – "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi
Rey Qasımov – "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyi
Əmir Əliyev – "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyi
Müşviq Ələsgərli – "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi
Xatirə Vəliyeva – "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi
Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
Zaur İbrahimli – "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi
Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyi
Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi
Şəhla Nağıyeva – "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi
Cəsarət Hüseynzadə – "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi
Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi
Əhməd Abbasbəyli – "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi" İctimai Birliyi
Fuad Abbasov – "Misra" İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi
Fuad Hüseynzadə – "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi
Anar Xəlilov – "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi
Xalid Kazımov – "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi
Elşad Məmmədli – "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi
Kəmalə Ağazadə – "Azərbaycan Uşaqları" İctimai Birliyi
Əfsələddin Ağalarov – "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi
Yadigar Məmmədli – "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi
Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Mübariz Əsgərov – "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi
Tünzalə Abdullalimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyi
Vüqar Qədirov – "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyi
İradə Rzazadə – "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi
Kəramət İsmayılov – "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyi
Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
İlqar Hüseynli – "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyi
Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondu
Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi
Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyi
Fəridə Mirişova – "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi
Lalə Sərdarlı – "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi"






