Son dəqiqə

Səudi Ərəbistan ABŞ Rusiya Ukrayna Vladimir Putin Məhəmməd bin Salman Donald Tramp Marko Rubio

ABŞ və Səudiyyə rəsmiləri regional sabitliyi müzakirə edib

Bakı,TurkicWorld

Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman bazar ertəsi ABŞ-ın dövlət katibi Marko Rubionu Ukrayna ilə bağlı danışıqlardan əvvəl Ər-Riyadda qəbul edib.

TurkicWorld xəbər verir ki, Tramp və Putin Ukrayna ilə bağlı sülh danışıqlarına başlamağa razılaşıblar və bu danışıqlarda vəliəhd şahzadə Məhəmməd də iştirak edəcək.

"Bütün amerikalı və digər girovların HƏMAS-ın əsirliyindən azad edilməsi, Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid və İran rejiminin və onun nümayəndələrinin sabitliyi pozan fəaliyyətlərinə qarşı mübarizə bu səfərin əsas mövzularından olacaq", - deyə bəyanatda vurğulanıb.

Səudiyyə və ABŞ rəsmiləri ikitərəfli əlaqələri, regional əməkdaşlığı, həmçinin bölgədə sülh və sabitliyi irəli aparmaq səylərini müzakirə edəcəklər.

Qeyd edək ki, Rubio çərşənbə axşamı Ukrayna ilə bağlı danışıqları hazırlamaq və ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən sammiti planlaşdırmaq üçün Ər-Riyada gəlib.

Mövzuya görə xəbərlər