Son dəqiqə

ABŞ Qəzza zolağı HƏMAS Benyamin Netanyahu

ABŞ dövlət katibi İsraili HƏMAS-ı məhv etməyə çağırıb

Bakı, TurkicWorld

ABŞ dövlət katibi Marko Rubio, İsraildən başlayan bölgəyə ilk rəsmi səfəri zamanı HƏMAS-ın Qəzza zolağında siyasi və hərbi imkanlarının tamamilə aradan qaldırılmalı olduğunu bəyan edib.

TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki, Rubionun bu açıqlaması, İsrailin baş naziri Benyamin Netanyahunun altıncı məhbus mübadiləsindən sonra səsləndirdiyi fikirlərlə üst-üstə düşür.

Qüdsdə keçirilən mətbuat konfransında Netanyahu ABŞ-la birlikdə Qəzza mövzusunda ortaq strategiya yürütməkdə olduqlarını bildirib.

"Bizim ümumi strategiyamız var və biz həmişə bu strategiyanın təfərrüatlarını ictimaiyyətlə bölüşə bilmərik... HƏMAS-ın hərbi potensialını və siyasi hakimiyyətini aradan qaldıracağıq." - deyə bildirib.

Rubio da HƏMAS-ın sıradan çıxarılmasının zəruriliyini vurğulayaraq, "HƏMAS hərbi güc və ya hökumət olaraq qalmağa davam edə bilməz... O, aradan qaldırılmalıdır." - deyə vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff, bazar ertəsi günü İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının ikinci mərhələsinə dair danışıqların bu həftə “müəyyən ediləcək bir yerdə” davam edəcəyini bildirib.

Mövzuya görə xəbərlər