Son dəqiqə

İran Suriya Tehran Dəməşq

Yeni Suriya hökümətindən mesajlar alırıq - İran

Bakı, TurkicWorld

İran İslam Respublikası dolayısı ilə Dəməşqlə əlaqə saxlayır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Tehranın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Rza Rauf Şeybaninin verdiyi açıqlamada deyilir.

Açıqlamada, İranın yeni Suriya hökümətindən mesajlar aldığı bildirilib, lakin vasitəçi ölkənin hansı ölkə olduğu haqqında məlumat verilməyib.

Qeyd edək ki, Əsəd rejiminin müttəfiqi olan İran, dekabr ayında hazırkı prezident Əhməd əl-Şəraanın başçılıq etdiyi müxalifət qüvvələrinin hökuməti devirməsi ilə Suriyadakı diplomatik missiyasını boşaldıb.

Şəraa dekabr ayında demişdi ki, Suriya İran kimi mühüm regional ölkə ilə əlaqələr olmadan davam edə bilməz.

O, əlavə edib ki, Dəməşq və Tehran arasındakı əlaqələr hər iki ölkənin suverenliyinə hörmət və hər iki ölkənin işlərinə qarışmamağa əsaslanmalıdır.

İran Suriyadakı vətəndaş müharibəsi zamanı Əsədə yardım göstərərək, ölkənin bir sıra ərazilərinə nəzarəti geri qaytarmağa kömək edib.

Mövzuya görə xəbərlər