Bakı, TurkicWorld
Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəyini açıqlayıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Ukraynanın bu ölkələrlə diplomatik və iqtisadi əlaqələrini gücləndirməkdir.
Zelenskinin səfər çərçivəsində enerji təhlükəsizliyi, ticarət əlaqələri və Ukraynadakı müharibə ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, bu arada, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu görüş Kiyevin iştirakı olmadan Ukrayna müharibəsinin Moskva üçün daha əlverişli şərtlərlə sona çatdırılması ilə bağlı narahatlıqlara səbəb olub.
Ukrayna rəsmiləri və analitiklər bu cür gizli danışıqların ölkənin maraqlarına zərər verə biləcəyini düşünür. Səfərlərin Zelenskinin Qərb və ərəb ölkələri ilə daha güclü əlaqələr qurmaq cəhdinin bir hissəsi olduğu bildirilib.