Son dəqiqə

BMT İsrail

İsrail BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarına gəlib

Bakı. TurkicWorld:

İsrail hakimiyyəti ölkəni BMT-nin İnsan Haqları Şurasından çıxarmaq qərarına gəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrail xarici işlər naziri Qideon Saar bildirib.

"BMT-nin İnsan Haqları Şurası ənənəvi olaraq insan hüquqları pozucularını onlara yönələn nəzarətdən yayınmağa imkan verməklə onları qoruyub", - deyə nazir bildirib.

QSaarın sözlərinə görə, BMT-nin İnsan Haqları Şurası İsrailə qarşı hücumlara və antisemitizmin yayılmasına yönəlib.

Mövzuya görə xəbərlər