Son dəqiqə

Livan

Hökumətin tez şəkildə formalaşacağına ümid edirəm - Livan Prezidenti

Bakı, TurkicWorld

Livan Prezidenti Cozef Aun dünən ölkənin yeni hökumətinin tez və rəvan şəkildə formalaşacağına ümid etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Prezident Aun Livan parlamentindəki məsləhətləşmələrdən sonra Prezident Sarayının xarici foyesində mətbuat konfransı keçirib.

Aun hökumətin tezliklə qurulacağına ümid etdiyini bildirərək o vaxta dək maneələr və digər məsələlərlə bağlı heç bir müzakirə aparılmamasını istəyib.

Yeni hökuməti qurmaqla vəzifələndiriləcək baş naziri müyən etmək üçün dünən parlamentdə məsləhətləşmələr aparan Aun, 128 deputatdan 84-nün səsini alan Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) sədri Nevvaf Selamı yeni hökuməti formalaşdırmaq üçün təyin edib.

Ancaq, Selamın hökuməti qurmaq üçün təyin olunması hökumətin tezliklə qurulacağı anlamına gəlmir. Sistemi kvota prinsipinə əsaslanan ölkədəki siyasi parçalanmalar, şərtlər və əks şərtlər səbəbindən bu vəzifə çox vaxt həftələr, hətta aylar çəkə bilər. Bununla belə, bəzi Livan partiyaları dəyişiklik mərhələsində irəliləyişin zəruriliyini təsdiq edən siyasi və xarici faktlara və məlumatlara əsaslanaraq , bu dəfə hökumətin formalaşdırılması işinin çətin olmayacağına inanırlar.

Saatlarla davam edən çətin danışıqlar və təmaslardan sonra ortaya çıxan məsləhətləşmələrin nəticəsi belə olub ki, Hizbullah və Əməl Hərəkatı (Şiə Duo) sonunda səsvermədə bitərəf qalaraq , siyasi tarazlığı dəyişməyə nail olublar. Hizbullahın parlament blokunun lideri, deputat Məhəmməd Raad qarşı tərəfi prezident seçkiləri ilə bağlı əldə edilmiş konsensusu “pozmaqda”, həmçinin “ləğv və kənarlaşdırma”da ittiham edib. Raad konsensus hökumətinin yaradılmasına dair çağırlş edərək, birgə yaşayışın əleyhinə olan istənilən hökumətin legitimliyinin olmadığını bildirib.

Mövzuya görə xəbərlər