Son dəqiqə

Nigeriya

Nigeriyada yarmarka izdihamında onlarla uşaq həyatını itirib

Bakı, TurkicWorld

Nigeriyanın cənubunda Oyo əyalətinin paytaxtı İbadanda keçirilən xüsusi yarmarkada yaranan izdiham nəticəsində 32 uşaq həyatını itirib, çox sayda uşaq isə yaralanıb.

TurkicWorld xəbər verir ki, Oyo İnformasiya Komissarı Şahzadə Dotun Oyeladenin verdiyi yazılı açıqlamaya görə, izdiham zamanı yaranan basabas qanlı faciəyə səbəb olub. Yaralı uşaqlar tez zamanda ətrafdakı xəstəxanalara çatdırılıb, hadisə ilə bağlı isə istintaq davam edir.

Oyo Qubernatoru Seyi Makinde də məsələ ilə bağlı açıqlama verərək, istintaqın başladıldığını və yarmarkanı təşkil edən şəxslərin saxlanıldığını bildirib.

Mövzuya görə xəbərlər