Son dəqiqə

Böyük Britaniya

Britaniyada Brexit-in yeni fasadları barədə xəbərdarlıq edilib

Bakı, TurkicWorld

Böyük Britaniya hələ də Avropa İttifaqından çıxmasının nəticələrinin 60 faizi ilə üzləşməyib.

TurkicWorld-in məlumatına görə, bu barədə "Independent" nəşri Böyük Britaniyanın Xəzinədarlığının İqtisadiyyat katibi Tulip Siddiqə istinadən bildirib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə "Brexit"-ə görə ölkə iqtisadiyyatı 4 faiz aşağı düşəcək və idxal və ixrac Böyük Britaniyanın Aİ-də qalması ilə müqayisədə 15 faiz aşağı olacaq. "İndependent" bildirib ki, London maliyyə öhdəlikləri çərçivəsində Aİ-dən çıxdıqdan sonra Brüsselə 23,8 milyard funt sterlinq (30,8 milyard dollar) ödəyib və əlavə olaraq 6,4 milyard funt sterlinq (8,3 milyard dollar) ödəməlidir.

Aİ-ni tərk etdikdən sonra ölkənin üzləşdiyi problemləri həll etmək üçün çalışan "Best for Britain" icmasının baş icraçı direktoru Naomi Smit ölkə hakimiyyətini "rifaha qayıtmaq və "Brexit"dən gələn zərəri azaltmaq" üçün birliklə əlaqələr yaratmağa çağırıb.

Mövzuya görə xəbərlər