Son dəqiqə

ABŞ Vatikan Pentaqon

ABŞ və Vatikan təhlükəsizlik məslələlərini müzakirə edib

Bakı,TurkicWorld

ABŞ Müdafiə Naziri Lloyd Austin, Roma Papası Fransisk ilə dünya üzrə artan təhlükəsizlik məsələlərini müzakirə edib.

TurkicWorld xəbər verir ki, Pentaqon tərəfindən edilən yazılı açıqlamada görüşün Vatikanda keçirildiyi bildirilib.

Görüşdə, münaqişələrdən əziyyət çəkən bölgələrdə sülh və sabitliyin təmin edilməsinin önəmi vurğulanıb.

İki tərəf, insani yardımın davam etdirilməsindən və qlobal münaqişələrin həllində dialoqun əhəmiyyətindən danışıb.

Austin, Vatikanın münaqişələrdən zərər çəkənlərə humanitar yardım səylərini alqışladığını bildirib.

Mövzuya görə xəbərlər