Bakı. TurkicWorld
Romada nüfuzlu "Laurentum Awards"ın XXXIX təqdimetmə mərasimi keçirilib.
TurkicWorld xəbər verir ki, 1981-ci ildən təsis edilən mükafat mədəniyyət, ədəbiyyat, idman, eləcə də dəyərlərin təşviqi sahələrində təqdim olunur.
Heydər Əliyev Fondu "Mədəni irsin qorunması" üzrə Laurentum xüsusi mükafatı ilə təltif edilib.
İtaliyanın Deputatlar Palatasının Palazzo Montecitorio binasında keçirilən təltifolunma mərasimində Heydər Əliyev Fondunun mədəni irsin qorunması və mədəniyyətlərarası dialoqun təşviqi sahələrində beynəlxalq miqyasda fəaliyyəti xüsusi vurğulanıb, tolerant dəyərlərə malik olan Azərbaycanın Vatikan dövləti ilə əməkdaşlığı, mədəni irsin qorunması və bərpasına verdiyi töhfələr yüksək qiymətləndirilib. Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında və Vatikan katakombalarında genişmiqyaslı bərpa və konservasiya işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.







