Son dəqiqə

İsrail Livan Hizbullah

Hizbullah İsrailin hərbi hava bazasını bombalayıb

Bakı,TurkicWorld

Hizbullah, İsrailin cənub-şərqində yerləşən hərbi hava bazasını Fadi 3 raketləri ilə vurub.

TurkicWorld xəbər verir ki, İsrailin şimalında Fələstin torpaqlarını qəsb edən israillilərin yaşadığı bölgələri isə Fadi 1 raketləri ilə vurulduğu bildirilib.

İsrail ordusundan verilən açıqlamada Livandan atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.

Qısa müddət sonra Safed bölgəsində 10 raketli hücumun edildiyinə diqqət çəkən açıqlamada, hava hücumundan müdafiə sistemlərinin raketlərin bir qisminin qarşısını aldığı bildirilib.

Mövzuya görə xəbərlər