Son dəqiqə

İtaliya mobil telefon istifadəsi

İtaliyada uşaqlara telefon və sosial şəbəkə qadağası müzakirədədir

Bakı,TurkicWorld

İtaliyada uşaqların mobil telefon və sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi məsələsi müzakirə olunur

TurkicWorld xəbər verir ki, İtaliyanın təhsil naziri Cüzeppe Valditara İtaliyada müəyyən yaş qrupunda olan uşaqlar üçün mobil telefon və sosial media istifadəsini qadağan etmək məqsədilə başladılan kampaniyaya dəstək verib.

İtaliya mətbuatında yayımlanan xəbərlərə görə, pedaqoq Daniele Novara və psixoterapevt Alberto Pellai -nin də dəstəklədiyi 14 yaşından kiçik uşaqların cib telefonlarına, 16 yaşından kiçik uşaqların isə sosial media hesablarına sahib olmalarının qarşısını almaq məqsədi güdən imza kampaniyasına İtaliyanın bir çox məşhur simaları da dəstək verib.

Sağçı koalisiya hökumətinin təhsil naziri Valditara, uşaqların çox erkən yaşlardan mobil telefon istifadə etməsinin zərərlərini vurğulayaraq, bu fikri dəstəkləyib.

Valditaranın fikrinə baxmayaraq, gənclər və idman naziri Andrea Abodi, sosial şəbəkədəki paylaşımında qadağanın düzgün yol olmadığını və məsələnin dialoq yolu ilə həll edilməli olduğunu bildirib.

Məsələni gündəmə gətirən şəxslərdən biri olan pedaqoq Novara uşaqların mobil telefonları və sosial mediadan istifadəsinin artıq nəzarətdən çıxdığını, bunun uşaqlarda öyrənmə qüsurunu artırdığına dair mühüm tədqiqatların olduğunu vurğulayıb. Novara, ən qorxulu problemin isə bu halın uşaq və gəncləri dünyadan təcrid vəziyyətinə salması olduğunu qeyd edib.

Bu məsələyə dair yerli mətbuatda dərc edilən bir araşdırma, 11-19 yaşlı uşaqların 47%-nin gündə 5 saatdan çox vaxtını internet tətbiqlərinə sərf etdiyini və bu nisbətin 2020-ci ildən bəri 30% olduğu gerçəyini ortaya qoyub.

Qeyd edək ki, İtaliyanın Təhsil Naziri Valditara, iyul ayında verdiyi açıqlamada, yeni tədris ilindən etibarən orta məktəbə qədər təhsil də daxil olmaqla, sinif otaqlarında ağıllı mobil telefonların istifadəsini qadağan edən bir qanun imzaladığını bildirmişdi.

Mövzuya görə xəbərlər