Son dəqiqə

ABŞ Co Bayden Qəzza zolağı

Bayden Qəzzada nizamlanma üçün yeni təklif təqdim edəcək

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Bayden yaxın günlərdə Qəzza zolağında atəşkəs razılaşmasının yekun variantını təqdim etmək niyyətindədir.

TurkicWorld-in məlumatına görə, bu barədə "Axios" portalı ABŞ administrasiyasının nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, müvafiq məlumat bazar günü Fələstinin "HƏMAS" hərəkatı tərəfindən girovluqda olan Amerika vətəndaşlarının ailələri ilə onlayn görüş zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan tərəfindən açıqlanıb.

Qeyd edilib ki, C.Bayden bazar ertəsi milli təhlükəsizlik üzrə komandası ilə bu sahədə səyləri müzakirə etməyi planlaşdırır. İsrail və HƏMAS-ın Baydenin yeni təklifinə cavab vermək üçün bir həftə vaxtının olacağı ehtimal edilir.

Mövzuya görə xəbərlər