Son dəqiqə

İngiltərə Southport

İngiltərədə sosial media zorakılığın artmasına yol açıb

Bakı, TurkicWorld

İngiltərədəki son zorakılıq hadisələri ədliyyə sisteminin ciddi şəkildə sorğulanmasına səbəb olub.

TurkicWorld xəbər verir ki, İngiltərənin Daxili İşlər Naziri Yvette Cooper sosial mediada yayılan dezinformasiyanın zorakılığa səbəb olduğunu vurğulayıb. O, saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün sosial media şirkətlərində yoxlamaların arta biləcəyini bildirib.

Son günlərdə İngiltərə küçələri sağçı ekstremistlərin zorakı hərəkətləri ilə bir-birinə qarışıb. Bu hadisələr sosial mediada ədliyyə sistemi ilə bağlı müzakirələrə səbəb olub.

Hadisələr Southportda 3 qızın bıçaqlanması ilə alovlanmağa başlayıb.

Belə ki, hücum edənin müsəlman gənc olması ilə bağlı yalan sosial şəbəkədə yayılıb. Daha sonra hadisənin dezinformasiya olduğu ortaya çıxsa da, ölkədəki ifrat sağçı ekstremistlər günlərlə küçələrdə terror törədiblər.

İngiltərə tarixində 2011-ci ildən bəri baş verən ən böyük küçə toqquşmaları baş verib. 700-dən çox adam saxlanılıb, həbs edilənlərin sayı isə 350 nəfəri ötüb.

Daxili işlər naziri Yvette Cooper, ictimaiyyətin artıq polis və qanuna qarşı hörməti itirdiyini, sosial mediada yayılan dezinformasiyanın isə bu zorakılığa daha da təkan verdiyini vurğulayıb.

Britaniyalı nazir saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün sosial media şirkətləri üçün qaydaların sərtləşdirilə biləcəyi ehtimalını açıqlayıb.
Britaniyanın ədliyyə naziri Shabana Mahmood isə bildirib ki, bu zorakılıq hadisələri onsuz da pis vəziyyətdə olan ədliyyə sistemini daha da gözdən salıb, gərginləşdirəcək

Mövzuya görə xəbərlər