Son dəqiqə

İngiltərə Keir Starmer

Müsəlman icmalarına qarşı edilən hücumlar cavabsız qalmayacaq - Starmer

Bakı, TurkicWorld

İngiltərənin Baş naziri Keir Starmer ölkədə ifrat sağçılar tərəfindən məscidlərə və müsəlman icmalarına qarşı edilmiş hücumların cavabsız qalmayacağını deyib.

TurkicWorld bildirir ki, bu barədə Starmer ölkədəki ifrat sağçıların törətdiyi zorakılıq hadisələri ilə bağlı verdiyi açıqlamada danışıb. O, hadisələrlə bağlı bu səhər fövqəladə iclas (COBRA) keçirdiklərini söyləyib.

Baş nazir polis əməkdaşlarına göstərdikləri xidmətə görə təşəkkür etdiyini bildirib və ifrat sağçıların inanılmaz quldurluğundan əziyyət çəkmiş icmalara öz dəstəyini ifadə edib.

COBRA toplantısında bir sıra qərarların qəbul edildiyini bildirən Starmer, ilk növbədə, peşəkar şəxslərdən ibarət daimi ordunun yaradılacağını və beləliklə, bu cür hadisələrlə mübarizə aparmaq üçün lazım olan yerlərdə kifayət qədər dövlət qulluqçusunun olacağını qeyd edib.

İkinci olaraq, Starmer məhkəmə prosesini sürətləndirdiklərini və artıq yüzlərlə insanın saxlanıldığını, bəzilərinin isə bu gün səhər saatlarında məhkəməyə gətirildiyini bildirib.

Sonda, Baş nazir Starmer dövlətin cinayətlərlə bağlı qanununun real həyatda tətbiq edildiyi kimi bunun internetdə də qüvvədə olduğunu xüsusi şəkildə vurğulayaraq bu yanaşmasının artıq mənimsəndiyindən əmin olduğunu bildirib.

Qeyd edək ki, iyulun 30-da İngiltərədə başlayan ifrat sağçı küçə etirazlarından bir gün əvvəl , iyulun 29-da İngiltərənin Southport şəhərində 17 yaşlı şəxs bıçaqlı hücum həyata keçirmiş, nəticədə üç uşaq ölmüş, səkkizi uşaq olmaqla isə 10 nəfər yaralanmışdı. Southportdakı hücumdan bir gün sonra isə, ifrat sağçı İngilis Müdafiə Liqası (EDL) şəhərdəki mühacirlərə və müsəlmanlara qarşı etirazlar keçirəcəkləri ilə bağlı çağırış edərək, Southport İslam Cəmiyyəti Məscidini (Islamic Society Mosque) daşqalaq etmişdilər.

Mövzuya görə xəbərlər