Bakı, TurkicWorld
Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu gün (5 avqust) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın dəvəti ilə İrana səfər edib.
TurkicWorld -in məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyi məlumat yayıb.
Yüksək rütbəli heyətin müşayiəti ilə baş tutan səfər çərçivəsində regional, beynəlxalq məsələlər və ikitərəfli siyasi və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Bildirilir ki, İran və Rusiya arasında strategi əməkdaşlığın davam etdirilməsi diqqət mərkəzində saxlanılacaq.
Qeyd edək ki, Tehranda Hamas Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31-ə keçən gecə öldürülməsindən sonra bölgədə vəziyyət müəyyən qədər gərginləşib.