Son dəqiqə

ABŞ Livan

ABŞ səfirliyi vətəndaşlarını Livanı istənilən reyslə tərk etməyə çağırıb

Bakı. TurkicWorld:

Bir neçə aviaşirkət Livandan uçuşları təxirə salıb, lakin hələ də adıçəkilən ölkədən bəzi istiqamətlərə təyyarə reysləri mövcuddur. Vətəndaşlarımızı bu ölkəni istənilən reyslə tərk etməyə çağırırıq.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın Beyrutdakı Səfirliyi “X” hesabında paylaşım edib.

Həmçinin qeyd edilib ki, təhlükəsizliklərinin təmin edilməsi üçün ABŞ vətəndaşları Livandan çıxmaq məqsədilə bütün mövcud imkanlardan istifadə etməlidirlər.

Mövzuya görə xəbərlər