Son dəqiqə

Livan Hindistan Hizbullah

Hindistan səfirliyi vətəndaşlarını Livana səyahətdən çəkinməyə çağırıb

Bakı, TurkicWorld

Hindistanın Beyrutdakı səfirliyi Yaxın Şərqdə gərginliyin daha da artması ilə əlaqədar vətəndaşlarını Livana səyahətdən çəkinməyə çağırıb.

TurkicWorld xəbər verir ki, diplomatik nümayəndəlik müvafiq bəyanatını sosial media hesabında yerləşdirib.

"Son günlər bölgədə vəziyyətin gərginləşməsi səbəbindən Hindistan vətəndaşlarına Livana səfərdən çəkinmələri tövsiyə olunur. Oradakı bütün vətəndaşlara isə ehtiyatlı olmaq, hərəkətlərini məhdudlaşdırmaq və səfirliklə əlaqə saxlamaları xahiş edilir", - deyə diplomatik nümayəndəliyin bəyanatında bildirilir.

Qeyd edək ki, iyulun 30-da İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənubundakı Dahiya rayonuna dörd raket zərbəsi endirib. Hücum nəticəsində üç nəfər, o cümlədən iki uşaq həlak olub, 74 nəfər isə yaralanıb.

Hücumun hədəfi "Hizbullah" hərəkatının əməliyyat qərargahına rəhbərlik edən Fuad Şükrü olub. "Al Hadath" telekanalının məlumatına görə, o, aldığı xəsarətlər nəticəsində xəstəxanada həyatını itirib.

Mövzuya görə xəbərlər