Son dəqiqə

ABŞ Kamala Harris Donald Tramp

Tramp seçkilərin nəticələrinə təsir edən ştatların çoxunda Harrisə uduzur

Bakı, TurkicWorld

Keçmiş ABŞ lideri Donald Tramp, noyabr ayında keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir edən yeddi ştatdan dördündə ABŞ-ın vitse-prezidenti Kamala Harrisə məğlub olur.

TurkicWorld xəbər verir ki, bu barədə "Bloomberg" və "Morning Consult"un keçirdiyi sorğunun nəticələrində göstərilib.

Harris Arizona (49% - 47%), Viskonsin (50% - 47%), Miçiqan (53% - 42%), və Nevada (47% - 45%) ştatlarında Trampdan üstün gəlir.

Corciya ştatında namizədlər eyni səviyyədə dəstək alsalar da (47%), Tramp Pensilvaniya (50% - 46%) və Şimali Karolinada (50% - 46%) daha çox dəstəkçiyə malikdir.

Sorğu iyulun 24-dən iyulun 28-dək aparılıb və 17 ştatdan 5 minə yaxın amerikalı seçici iştirak edib.

Mövzuya görə xəbərlər