Son dəqiqə

Ermənistan Avropa İttifaqı

Aİ Şurası Ermənistana 10 milyon avroluq hərbi yardım ayırıb

Bakı, TurkicWorld

Aİ Şurası Ermənistana 10 milyon avroluq hərbi yardım ayrılması barədə qərar qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yardım Avropa Sülh Fondu çərçivəsində təqdim olunacaq.

Yardım Ermənistanın silahlı qüvvələrinin maddi-texniki potensialının gücləndirilməsinə, eləcə də, böhran şəraitində və fövqəladə hallar vəziyyətində mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına yönəlib.

Mövzuya görə xəbərlər