Son dəqiqə

Ermənistan BRİCS

Ermənistan BRICS sammitində iştirak edəcək

Bakı, TurkicWorld

Ermənistan oktyabrda Rusiyada keçiriləcək BRICS təşkilatının sammitində iştirak edəcək.

TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə bildirib.

"Bəli, Ermənistan tərəfi iştirak edəcək", - deyə o, jurnalistin sualına cavab verib.

Böyük sammit oktyabrın sonunda Kazanda keçiriləcək.

Daha əvvəl Rusiya rəsmiləri bildiriblər ki, sammitə MDB ölkələrinin liderləri dəvət olunublar. Sammitə təşkilata üzv olmayan bir sıra ölkələrin liderləri də gələcəklər. Tədbirdə Türkiyə prezidentinin iştirakı da təsdiqlənib.

Mövzuya görə xəbərlər