Son dəqiqə

Nigeriya

Nigeriyada silahlı hücum nəticəsində18 nəfər ölüb

Bakı, TurkicWorld

Nigeriyanın Benue ştatında naməlum şəxslər silahlı hücum ediblər.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hücum nəticəsində 18 nəfər həlak olub. Ştat rəhbərliyi hücumdan sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərib.

Qeyd edək ki, son vaxtlarda Nigeriyanın müxtəlif bölgələrində tez-tez silahlı hücumlar olur. Sonuncu dəfə iyulun 16-da Aqatu bölgəsində hücum nəticəsində 12 nəfər həlak olub.

Mövzuya görə xəbərlər