Son dəqiqə

Rusiya zəlzələ

Rusiyada 4,4 bal gücündə zəlzələ olub

Bakı, TurkicWorld

Sakit okeanda Rusiyanın Saxalin vilayətinin Cənubi Kuril adaları yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib.

TurkicWorld -in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Saxalin filialında bildiriblər.

Məlumata əsasən, iyulun 20-nə keçən gecə qeydə alınan zəlzələnin episentri İturup adasından 82 km cənub-şərqdə olub. Təkanların ocağı 62 km dərinlikdə yerləşib.

Seysmik hadisə İturupda yerləşən yaşayış məntəqələrində iki bala qədər qüvvə ilə hiss olunub, dağıntı olmayıb, sunami təhlükəsi elan edilməyib.

Mövzuya görə xəbərlər