Son dəqiqə

UNİCEF Qəzza zolağı

Qəzzada uşaq iflicinə səbəb olan virus aşkarlanıb

Bakı, TurkicWorld

Qəzzada tullantı sularında aşkar edilən virusun uşaqlarda poliomielitə (iflic) xəstəliyinə səbəb olduğu müəyyən edilib.

TurkicWorld Qəzza Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə birgə çirkab sulardan götürülən nümunələr üzərində aparılan müayinələrin nəticələri bəlli olub.

Açıqlamada infrastrukturun dağıdılması səbəbindən insanların yaşadığı yerlərdə çadırların arasından axaraq yığılan sularda poliomielit xəstəliyinə səbəb olan virusun aşkar edildiyi və minlərlə insanın xəstəliyə yoluxma riskinin olduğu bildirilib.

Su qıtlığı və onun kanalizasiya ilə çirklənməsi, tonlarla zibilin yığılması və İsrail tərəfindən təmizlik məhsullarının ölkəyə daxil olmasına qoyulan əngəl kimi səbəblərdən dolayı ölkədə sağlamlıq fəlakətinin baş verə biləcəyi haqqında xəbərdarlıq edilib.

Bəyanatda həmçinin İsrailin hücumları dərhal dayandırması, insanları təmiz su ilə təmin etməsi, kanalizasiya xətlərinin təmiri və köçkünlərin məskunlaşdığı yerlərdə əhali sıxlığının azaldılması tələbi də irəli sürülüb.

Mövzuya görə xəbərlər