Son dəqiqə

BƏƏ ADNOC Sultan Əhməd Əl-Cabir Enerji təhlükəsizliyi Dron hücumu Barakah nüvə stansiyası Sənaye və texnologiya Terror hücumu Hava məkanı Qərb sərhədi Ev və xəstəxana təminatı Nüvə elektrik stansiyası

BƏƏ Naziri “Barakah” nüvə stansiyasına dron hücumunu pisləyib

BAKI,TurkicWorld Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin dünən “Barakah” nüvə elektrik stansiyasına edilən dron hücumunu qətiyyətlə pisləyib.

TurkicWorld xəbər verir ki, Sultan Əhməd Əl-Cabir həmçinin ADNOC şirkətinin baş icraçı direktoru olaraq sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, bu hücum terror xarakterlidir.

O qeyd edib: “Barakah”ın hədəfə alınması ən yüksək təhlükəsizlik standartları əsasında qurulmuş, BƏƏ üzrə evləri, xəstəxanaları və sənaye müəssisələrini enerji ilə təmin edən dinc layihəyə qarşı terror hücumudur.”

BƏƏ tərəfi məlumat verib ki, pilotsuz uçuş aparatları ölkənin hava məkanına “qərb sərhədindən” daxil olub. Hücumun dəqiq mənbəyini müəyyənləşdirmək məqsədilə araşdırmalar davam edir.

Mövzuya görə xəbərlər