Son dəqiqə

Fransa İsrail Emmanuel Makron

Makron İsrail nazirini Netanyahuya şikayət edib

Bakı,TurkicWorld

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirib və İsrailin naziri Amichai Çiklinin ümumi seçkilər öncəsi Fransada ifrat sağçı partiyasını açıq şəkildə dəstəkləməsi ilə bağlı açıqlamalarından narahatlığını bildirib.

TurkicWorld xəbər verir ki, Makron Çiklinin seçkilərlə bağlı bəyanatının Fransanın daxili işlərinə müdaxilə olduğunu vurğulayıb.

Netanyahu Makrona İsrail nazirlərinin Fransanın daxili məsələləri ilə bağlı əlavə açıqlamalar verməsinin qarşısını alacağına dair söz verib.

İsrailli diplomatlar Çiklinin açıqlamalarının Fransa ilə münasibətləri korladığını vurğulayıblar.

Qeyd edək ki, iyulun yeddisində Fransada keçirilən seçkilərdən bir gün əvvəl İsraildə yayımlanan KAN Radiosuna danışan Çikli, Marin Le Penin Fransanın prezidenti olmasının İsrail üçün mükəmməl olduğunu vurğulamışdı. Netanyahunun da onunla eyni fikirdə olduğunu bildirən Çikli, Le Penə verilən dəstəyin onun Həmas və Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı mövqeyinə əsaslandığını bildirib.

Mövzuya görə xəbərlər