Son dəqiqə

Indoneziya torpaq uçqunu

İndoneziyada sürüşmə nəticəsində ölənlər və itkin düşənlər var

Bakı, TurkicWorld

İndoneziyanın Sulavesi adasında son günlər yağan şiddətli yağışlar qanunsuz fəaliyyət göstərən qızıl mədənində sürüşməyə səbəb olub. Nəticədə 12 nəfər ölüb, 18 nəfər itkin düşüb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 7-də Qorontalo əyalətində qeydə alınıb.

Axtarış-xilasetmə işləri nəticəsində 5 nəfər xilas edilib. Ölən və itkin düşənlər arasında şaxtaçılarla yanaşı yerli sakinlər də var. Çünki sürüşmə nəticəsində ətrafdakı bir neçə ev də dağılıb.

Fövqəladə hallar departamentindən bildiriblər ki, aramsız yağış və yolların palçıq olması səbəbindən sürüşmə baş verən əraziyə avtomobillə yaxınlaşmaq mümkün deyil. Xilasedicilər hadisə yerinə çatmaq üçün təxminən 20 kilometr yolu piyada qət etməli olublar. Hazırda 164 nəfər xilasedici axtarış işləri aparır.

Səlahiyyətli qurumlar Qorontalo əyalətində şiddətli yağışların qarşıdakı günlərdə də davam edəcəyini, bu səbəbdən yeni sürüşmə və palçıq axını ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İndoneziyada mayda musson yağışları başlayandan bəri daşqın və torpaq sürüşmələri nəticəsində təxminən 70 nəfər ölüb.

Mövzuya görə xəbərlər