Son dəqiqə

Ermənistan Nikol Paşinyan

Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

Bakı, TurkicWorld

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiyanın lazım olduğunu deyib.

TurkicWorld xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistanın Konstitusiya Günü münasibətilə erməni xalqına ünvanladığı təbrikdə səsləndirib.

"Xalq yeni konstitusiyanı özü tərəfindən hazırlanıb və qəbul olunmuş hesab edəcək, orada yazılanlar onun yaratdığı dövlət, insanlar və vətəndaşlar arasındakı münasibətlərə dair təsəvvürləri olacaq", - o deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan vətəndaşları konstitusiyanın hakimiyyət tərəfindən hazırlandığını və tətbiq olunduğunu hesab edir

Mövzuya görə xəbərlər