Son dəqiqə

BMT Suriya

BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətlə bağlı iclaslar keçirəcək

Bakı.TurkicWorld :

BMT Təhlükəsizlik Şurası iyulun 22-də Suriyadakı vəziyyətin siyasi və humanitar aspektləri ilə bağlı açıq və qapalı iclaslar keçirəcək.

TurkicWorld -in məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"İyulun 22-də Suriyadakı vəziyyətin siyasi və humanitar aspektləri ilə bağlı brifinq və məsləhətləşmələr keçirəcəyik. Çıxış edənlər BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen, eləcə də İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi olacaq", - deyə o bildirib.

Mövzuya görə xəbərlər